Xarici azad olunmayan borututan plaşkalı tutucu alət olub, neft-qaz quyularından təmir zamanı qəzaya uğramış nasos-kompressor borularını tutaraq tam və ya hissə-hissə çıxarılması üçün nəzərdə tutulmuşdur.
İstehsalçının zəmanəti:
- İstehsalçı nəqletmə , istismar və saxlama qaydalarına riayət olunduğu halda borututanın TŞ AZ 1130290-32-2013 texniki şərtlərinin tələblərinə uyğunluğuna zəmanət verir.
- Zəmanət verilən istismar müddəti – borututanın istismara verildiyi gündən 12 ay , amma 24 aydan artıq olmayaraq.
Əsas parametrlər:
Markası | TNZ-168 (sol yivli) |
Yük qaldırma qabiliyyəti, t | 75 |
Tutulan boru sütununun şərti diametri, mm: a) ГОСТ 633 üzrə nasos-kompressor boruların - hamar boru - gövdəsindən - hamar boru – muftasından b) ГОСТ 631 üzrə qazma boruların | 60; 73; 89 60; 73 73 |
Daxilində tutma əməliyyatı baş verən istismar boru sütununun şərti diametri. mm | 168...219 |
Birləşdirici yivi | 114Л ГОСТ 631-75 |
Əndazə ölçüləri , mm | Ǿ138x785 |
Çəkisi , kq | 35,0 |