GİRİŞ

 

Hazırki  pasport quyu əməliyyatı aparan heyətin mexaniki sayğac dəstinin (sonra – sayğac) quruluşu və  istismar qaydaları ilə tanış etmək, onun düzgün və təhlükəsiz istismarını təmin etmək üçün nəzərdə tutulmuşdur.

 

  1. TƏYİNATI

 

1.1.Sayğac «ПАДУС» qurğusunun bucurğadının köməyilə quyuya buraxılan alətin dərinliyini dəqiq təyin etmək üçün istifadə olunur.

1.2.  Sayğacın  tədbiq  sahəsi ГОСТ 16350-80  üzrə mülayim və soyuq  (rayon I2)  makroiqlimli ərazılərdə yerləşən  neft və qaz yataqlarıdır.

1.3. Məmulatın yerləşdirilmə kateqoriyası ГОСТ 15150-69 üzrə «Ж–1»-dir.

 

2.ƏSAS  PARAMETRLƏR  VƏ ÖLÇÜLƏR

 

2.1. Məftilin diametri, mm                                              – 2,2

2.2. Ölçü şkivin daxili dıametri, mm                                 – 318±0,2

2.3 Əndazə ölçüləri, mm:

–  uzunluğu                                                          – 1095

–  eni                                                                   – 205

– hündürlüyü                                                        – 565

2.4. Kütləsi, kq                                                            – 26,0

 

3.DƏSTLİLİK

 

3.1.Sayğacın  satış  dəstinə aşagadakılar daxildir:

  • Sayğac yığılmış halda, dəst  – 1
  • Dərinliyi ölçən, dəst – 1
  • Çevik val (А1+Б1, L =800 mm ГОСТ 12391-77)  – 1 ədəd
  • Pasport , nüsxə – 1

 

 

 

 

  1. QURULUŞU VƏ İŞ PRİNSİPİ

4.1. Sayğacın yığımına kronşteyn, dirək, ölçü qasnağ, iki sıxıcı diyircək, mexaniki sayğac və çevik val daxildir.

Kronşteyn «ПАДУС» qurğusunun bucurğadının ramasının yuvasına salınır və iki boltla bərkidilir. Kronşteynin qarşı tərəfində şvellerdən dirək qaynaq olunub. Dirəyin üstündə üç ox bərkidilib – mərkəzdə  ölçü qasnağı və kənarlarda iki sıxıcı diyircək üçün.

Ölçü qasnağının oxu gövdədə  iki radial diyircəkli yastıqlarda oturub. Oxun konsol ucunda işgilin köməyilə ölçü qasnağı bərkidilib. Oxun digər ucundaki yuvada boltun köməyilə oymaq bərkidilib və onun içinə çevik valın kvadratlı başlığı daxil olub. Çevik valın qaykası yastıqların gövdəsinin qapağına bağlanır.

Hər sıxıcı diyircək oxundakı radial diyircəkli yastıqlarda oturub.  Ölçü və sıxıcı qasnaqların arasındaki məsafəni nizamlamaq üçün şvellerin daxilində şaquli boltlar nəzərdə tutulub.

Mexaniki sayğac xüsusi altlıqda quraşdırılıb. Sayğacın valı ştiftin köməyilə oymaq ilə birləşib. Bu oymağın dəliyinə çevik valın ikinci  ucunun kvadratlı başlığı daxil olur.

Sayğacın işi belədir:

«ПАДУС» qurğusunun bucurğadının məftili ölçü və aşağıdaki sıxıcı diyircəyin arasından keçir, ölçü qasnağına sarılaraq yuxarıdaki sıxıcı diyircəyin arasından keçir, ölçü qasnağına sarılaraq  təkrar ölçü və aşağıdaki sıxıcı diyircəyin arasından keçir və sonra lubrikatora istiqamətlənir.

Məftil hərəkət edəndə məftillə qasnağın arasında yaranan sürtünmə qüvvəsinin təsirindən ölçü qasnağı fırlanmağa başlayır. Qasnağın bir dövrəsi məftilin 1 m uzunluğuna  uyğundur və bunu da sayğac təsbit edir.

 

 

  1. TƏHLUKƏSİZLİK TƏLƏBLƏRİ

 

5.1.  Sayğacın istismarı zamanı aşağıda göstərilən sənədlərdə nəzərdə tutulan təhlükəsizlik və ətraf mühitin muhavizəsi qaydalarına riayət olunmalıdır:

–  Azərbaycan Respublikası Dövlətdağtexnəzarət Komitəsi və ARDNŞ tərəfindən təsdiq edilmiş «Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları», Bakı, 2005.

– ПБ 08-624-03 «Правила безопасности в нефтяной и газовой промышленности»,  утвержденные Постановлением Госгортехнадзора России №-56 от  05.06.03 г.

 

 

 

  1. TEXNİKİ XİDMƏT

 

6.1. Sayğacın  istismar vaxtında:

– bəkidici detalların kərilməsini izləmək lazımdır;

– ölçü və sıxıcı qasnaqların arasındaki məsafəni yoxlamaq lazımdır;

– ölşü qasnağının diametrini 2 ayda bir dəfə ölçmək lazımdır.

 

  1. İSTEHSALÇININ ZƏMANƏTİ

7.1. İstehsalçı sayğacın  texniki  şərtlərin  tələblərinə uyğun hazırlanmasına  zəmanət  verir.

7.2.   İstehsalçı, istismarçı  tərəfindən sayğacın saxlanma, daşınma və istismar şərtlərinə əməl olunarsa, sayğacın texniki şərtlərin tələblərinə uyğun olmasına zəmanət verir.

7.3. İstismar zəmanəti  müddəti:

– sayğacın istismara daxil olduğu gündən 12 ay;

– sayğacın  satışa göndərildiyi gündən 18 ay müddətinə təyin olunur.

 

  1. QƏBUL HAQQINDA ŞƏHADƏTNAMƏ

 

Mezaniki sayğac dəsti  (zavod sayı ______) “AZİNMAŞ” TASC

 

 

tərəfindən hazırlanıb, texniki şərtlərinə uyğundur və istismara yararlıdır.

İstehsal tarixi________________

 

Məmulatın qəbulu üçün məsul şəxs və onun imzası

 

____________________________________________