(Kipləşdirici başlıq 4,76 mm məftil üçün)
- TƏYİNATI
1.1. Lubrikatorun başlığı (sonra – başlıq) quyunun ağzında quraşdırılmış lubrikatorun yuxarısındakı gövdə yığımının (gövdə, kipləşdirici, sıxıcı hissələr, qasnaq) əvəzinə bağlanır və müxtəlif quyu əməliyyatlarını tros ilə aparmaq üçün istifadə edilə bilər.
1.2. Başlığın tədbiq sahəsi – ГОСТ 16350-80 üzrə mülayim və soyuq (rayon I2) makroiqlimli ərazilərdə yerləşən neft və qaz quylarıdır.
1.3. Məmulatın yerləşdirilmə kateqoriyası ГОСТ 15150-69 üzrə «Ж–1»-dir.
2.ƏSAS PARAMETRLƏR VƏ ÖLÇÜLƏR
2.1. Trosun diametri, mm – 6,0
2.2. Maksimal təzyiq, MPa – 35
2.3 Əndaza ölçüləri, mm:
– uzunluğu – 310
– eni – 160
– hündürlüyü – 725
2.4. Kütləsi, kq – 32,6
3. DƏSTLİLİK
3.1. Başlığın satış dəstinə aşagadakılar daxildir:
– başlıq yığılmış halda, dəst- – 1
– pasport, nüsxə – – 1
QURULUŞU VƏ İŞ PRİNSİPİ
4.1. Lubrikatorun əsas tərkib hissəsi kronşteyn, gövdə-mufta, sıxıcı gövdə, kipləşdiricilər və qasnaqdır. Gövdə-muftanın yuxarı ucuna tros kipləşdirici daxil olan keçirici bərkidilmişdir. Kipləşdirici dəstə bürüncdən hazırlanmış iki şaybadan, rezin kipləşdiricidən və sıxıcı oymaqdan ibarətdir. Sıxıcı oymağa sıxıcı gövdə dirənir və bunun da içində həmin kipləşdirici dəstə yerləşir. Sıxıcı oymağın yan tərəfinə ştuser bağlanıb və bura istismar vaxtı rezin şlanq bağlanmalıdır. Rezin kipləşdiricilər bir tərəfdən oxboyu kəsilib və bu trosu başlığa rahat keçirməyə imkan verir.
Kronşteyn fırlanan gövdəyə qaynaqlanmışdır və onun yuxarı tərəfində iki lövhənin arasında oxun üstündə qasnaq yerləşdirilib. Qasnaqla oxun arasında iki radial diyircəkli yastıqlar quraşdirilib. Yastıqları yağlamaq üçün oxun içində deşik açılıb və başına yağlayıcı məməcik bağlanıb. Oxun üstündə trosu qasnağın qanovundan çıxmasına qoymayan məhdudlaşdırıcı quraşdırılıb.
Firlanan gövdə iki diyircəkli dayaq yastıqlarda gövdə-muftanın üstündə qayka ilə bağlanib.
4.2. Lubrikatorun altındakı siyirtmə bağlanandan və təzyiqdən azad olunduqdan sonra tros kipləşdiricılərin arasından keçirilir, lubrikatorun içində trosa lazım olan texnoloji alətlər qoşulur. Bundan sonra siyirtmə açılır, alətlər tros bucurqadı vasitəsilə quyuya endirilir. Əməliyyat başa çatdıqdan sonra alətlər bucurqad vasitəsilə lubrikatora qaldırılır, siyirtmə və ya preventor bağlanır və lubrikator quyudan açılır.
Quyuda iş görülən zaman aşağıdakı kipgəc boşaldıqda onu sıxıcı gövdə ilə sıxırlar və oradan sızılan mayə ştuserin köməyilə kənarlaşdırılır. Yuxarı kipgəci sıxmaq üçün atma qayka istifadə olunur.
- TƏHLUKƏSİZLİK TƏLƏBLƏRİ
5.1. Başlığın hazırlanması, sınaqdan keçirilməsi və istismarı zamanı 2005-ci ildə Azərbaycan Respublikası Dövlət Dağtexnəzarət Komitəsi və ARDNŞ tərəfindən təsdiq edilmiş “Neft və qazçıxarma sənayesində təhlükəsizlik texnikası qaydalarının”, Rusiya Federasiyasının Dövlət Dağtexnəzarət Komitəsinin 56 №-li 05.06.03 tarixli Qərarı ilə təsdiq edilmiş ПБ 08-624-03 «Правила безопасности в нефтяной и газовой промышленности» sənədinin və qüvvədə olan yerli təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə qaydaların tələblərinə ciddi riayət edilməlidir.
5.2. Quyuağzı avadanlıq hissələrinin birləşmələrindən quyu məhsulunun axıntısına yol verilmir. Başlığın kipləşdiricilərinin arasında quraşdırılmış ştuserə şlanq bağlanılmalıdır və önun çıxışı bir tutuma yönülməlidir.
5.3. Tros qurğusu işləyərkən trosun altından və üstündən keçmək qəti qadağandır.
5.4. Lubrikator üzərində xidmət və təmir işləri yalnız quyu əməliyyatı dayandırıldıqdan və lubrikator borusundakı təzyiq boşaldıldıqdan sonra aparıla bilər.
MƏMULATIN İŞƏ HAZIRLANMASI VƏ İSTİSMARI HAQQINDA GÖSTƏRİŞLƏR
6.2. Lubrikatorun istifadəsi aşağıda verilmiş qaydalar üzrə yerinə yetirilir.
6.2.1. Lubrikator tam yığılandıqdan sonra, quyu ağzında quraşdırılmaqdan əvvəl trosu qasnağın qanovundan və kipgəclərindən keçirib lubrikator borusu boşluğuna daxil etmək və borunun əks tərəfindən bayıra çıxarmaq.
6.2.2. Əvvəlcədən yığılmış endirilən alətlər dəstini trosa birləşdirmək, trosu qurğu ilə astaca dartaraq alətləri borunun daxilinə çəkmək.
6.2.3. Quyunun bufer siyirtməsini, quyu ağzında qoyulmuş preventoru bağlamaq. Lubrikatoru qaldıraraq preventorla (və ya quyuağzı tələ ilə) birləşdirmək.
6.2.4. Lubrikatorun ventilini bağlamaq, bufer siyirtməsini (preventoru) açmaq və alətləri endirməyə başlamaq.
6 .2.5. Quyu əməliyyatı başa çatandan sonra alətləri qaldıraraq lubrikator borusuna yerləşdirmək.
6.2.6. Siyirtməni (preventoru) bağlamaq və ventili açaraq lubrikatorda təzyiqi boşaltmaq.
6.2.7. Lubrikatoru quyu ağzından açmaq, alətləri borudan bayıra çıxararaq trosdan açmaq.
- TEXNİKİ XİDMƏT
7.1. Hər əməliyyatdan sonra lubrikatoru yuyaraq çirkdən təmizləmək. Qasnağın qanovunu təmiz saxlamaq. Qasnağın və kronşteynin yastıqlarını vaxtaşırı yağlamaq.
7.2. Başlığın gövdəsində yerləşən kipgəcləri yoxlamaq, qüsurlu olduqda yenisilə əvəz etmək.
- SƏCIYYƏVI QÜSURLAR VƏ ONLARIN ARADAN QALDIRILMASI USULLARI
Sıra sayı | Nasazlığın adı, xarici təzahürləri vəəlavəəlamətlər | Ehtimal olunan səbəblər | Aradan qaldırma üsulları | Qeyd | |
1 | Atma qayka altından maye sızır | 1. Qayka axıradək burulmayıb
2. Birləşmənin rezin kipgəci nasazdır |
1. Qaykanı axıradək burmaq
2. Rezin kipgəci dəyişdirmək |
||
2 | Tros kipgəcindən maye sızır. | Kipgəc yararlığın itirmişdir | Kipgəci dəyişdirmək | ||
- İSTEHSALÇININ ZƏMANƏTİ
9.1. İstehsalçı, istismarçı tərəfindən başlığın saxlanma, daşınma və istismar şərtlərinə əməl olunarsa, onun bu texniki şərtlərin tələblərinə uyğun olmasına zəmanət verir.
9.2. Zəmanəti müddəti başlığın istismara daxil olduğu gündən 12 ay, istehsal edildiyi müddət 18 aydan artıq olmamaq şərtilə, təyin olunur.
- QƏBUL HAQQINDA ŞƏHADƏTNAMƏ
Lubrikatorun başlığı LB.000 zavod sayı ______ “AZİNMAŞ” TASC-ti tərəfindən istehsaı olunub, texniki şərtlərinə uyğundur və istismara yararlıdır.
İstehsal tarixi __________
Məmulatı qəbul edən məsul şəxsin imzası ____________________
- KONSERVASIYA HAQQINDA ŞƏHADƏTNAMƏ
Lubrikatorun başlığı LB.000 zavod sayı__________ texniki şərtlərinə uyqun müəssisə tərəfindən konservasiya olunmuşdur.
Konservasiya olunma tarixi _____________________
Konservantın adı və markası _____________________
Konservasiya edən şəxsin imzası _____________________