(48 mm borunu parafindən təmizləmək üçün ərsin)
Ərsin nasos-kompressor lift borularının daxili səthlərini parafin çöküntülərindən təmizləməsi üçün təyin edilmişdir.
Ərsinin əsas göstəriciləri:
- Xarici diametr, mm – 38
- Uzunluğu, mm – 370
- Kütləsi, kq – 0,4
Dəstlilik
Ərsinin satış dəstinə aşağıdakılar daxildir:
- Gövdə – 1 ədəd
- Birləşdirici – 1ədəd
- Etiket – 1 nüsxə
Quruluşu
Polad tamasanın tillərinə iki tərəfdən hündürliyü biri birindən sürüşmə ilə iki itilənmiş halqa qaynaq olunmuşdur. Tamasanın yuxarı başında bucurqaddan gələn məftili bağlamaq üçün dəlik vardır, aşağı başına isə yükü bağlamaq üçün birləşdirici bağlanır.