Daxili azad olunan borututan plaşkalı tutucu alət olub, neft-qaz quyularından təmir zamanı qəzaya uğramış boruların sütununun kəllə səthinə dirənib tutaraq tam və ya hissə-hissə çıxarılması üçün nəzərdə tutulmuşdur.
İstehsalçının zəmanəti
- İstehsalçı nəqletmə, istismar və saxlama qaydalarına riayət olunduğu halda borututanın TŞ AZ 1130290-32-2013 texniki şərtlərinin tələblərinə uyğunluğuna zəmanət verir.
- Zəmanət verilən istismar müddəti – borututanın istismara verildiyi gündən 12 ay , amma 24 aydan artıq olmayaraq.
Əsas parametrlər:
Markası | TVM 114-1 (sol yivli) |
Yük qaldırma qabiliyyəti, t | 110 |
Tutulan boruların daxili diametrlərinin intervalı, mm | 98 - 104 |
Birləşdirici yivi | З-88Л ГОСТ 5286-75 |
Əndazə ölçüləri , mm | Ǿ132x1430 |
Çəkisi , kq | 110,0 |