skip to Main Content

Tıxac təmizləyən qurğu 89 mm

Qurğu  çeviricini 1, yuxarı lüləni 2, qaykanı 3, yayı 4, dayağı 5, qapayıcını 6, aşağı lüləni 7, tıxacı 8, köynəyi 9 və ucluğu 10 özündə cəmləşdirir. Qayka yuxarı lülədə polad vint 12 ilə təsbit edilmişdir. Qurğunun hərəkətli elementləri rezin həlqələr 13, 14, 15 ilə kipləşdirilir. Dayaq isə yuxarı lülədə altı ədəd latun vintlər 11 vasitəsilə təsbit edilir.

Qurğu nasos-kompressor boruları vasitəsilə qum tıxacına söykənənə kimi quyuya buraxılır. Sonra qurğuya yük verilir və bu yük altında dayaqdakı latun vintlər kəsilir və boru kəməri yayı sıxaraq hərəkətini davam edir. Bu zaman aşağı lülənin yan səthindəki dəliklər köynəyin içinə daxil olur, bu zaman köynəkdəki dəliklər və ucluq quyunun daxili fəzası ilə təmasa keçirlər. Yaranan hidrostatik təzyiqlər fərqi (qurğunun daxilindəki və xaricindəki təzyiqlər fərqi) qumlu məhlulu qurğunun içinə basır. Qurğunun üzərindən yük götürüldükdə yay açılır və aşağı lülə öz ilk vəziyyətinə qayıdır və quyunun daxili fəzası ilə əlaqə kəsilir. Qurğunun yüklənməsi və yükdən azad edilməsi bir neçə dəfə, ta ki, borular dolana qədər aparılır. Sonra qurğu quyudan çıxarılır və borular qumdan təmizlənir.

Əsas parametrlər

Yükgötürmə qabiliyyəti, t12
Birləşdirici yiv NKB 73 ГОСТ 633-80
Xarici diametri, mm 89
Uzunluğu, mm 1355
Kütləsi, kq - 29,529,5

İSTEHSALÇININ ZƏMANƏTİ

  • İstehsalçı  nəqletmə , istismar və saxlama qaydalarına riayət olunduğu halda  qurğunun texniki sənədlərinin tələblərinə uyğunluğuna zəmanət verir.
  • Zəmanət verilən istismar müddəti – qurğunun istismara verildiyi gündən 12 ay , amma 24 aydan artıq olmayaraq.
Back To Top