skip to Main Content

Padus-2 qurğusu (Parafin təmizləyən qurğu)

1.TƏYİNATI

1.1. PADUS-2  tipli yarımavtomatik parafin təmizləyən qurğu (sonra – quröu), nasos-kompressor borularının daxili səthini mexaniki üsulla parafindən təmizləmək üçün tədbiq edilir. Qurğunun dəstinə daxil edilmiş lurikator, ərsinin aşağı-yuxarı hərəkəti zamanı quyunu hermetikləşdirmək və quyunun daxilindəki təzyiqi ölçmək üçündür.

1.2. Qurğu ГОСТ 16350-80-la müəyyən edilən soyuq (12 rayonu) və mülayim makroiqlimli rayonlarda istismar edilməyə yararlıdır.

 

2 .QURĞUNUN TEXNİKİ GÖSTƏRİCİLƏRİ

2.1. Təmizləyəcək NKB-nın diametri, mm                                                       60, 73, 89

2,2, Lubrikator:

  • sınaq təzyiqi, MPa 21,0
  • keçidi, mm 65

2,3, Maksimal təmizləmə dərinliyi, m                                                                  1800

2.4. İşçi məftil:     – tipi                                                      ГОСТ7372-79 üzrə sinklənmiş məftil

– möhkəmlik həddi, kq/mm2                                                 150 – 160

– diametri, mm                                                                       1,8 – 2,2

2.5. Ərsinlərin sayı, ədəd                                                                                          1

2.6. Metal yükün çəkisi, kq                                                                                     8 – 14

2.6. Qurğunun iş rejimi                                                                           yarımavtomat, əl ilə

2.7. Qoruyucunun işə düşmə quvvəsi, kq                                                            100

2.8. İntiqal                                                                                motor-reduktor RMS110-90-B14

– mühərrik                                                          elektrik  2 kVt  1400 dövr/dəq

– reduktorun ötürmə ədədi                                                          1 : 60

– reduktorun çıxış valının sürəti, dövr/dəq                                    23

2.9. Ərsinin qalxma sürəti, m/san                                                                 0,32 – 0,47

2.10. Ərsinin enmə sürəti, m/san                                                                   0,5 – 2,0

2.11. Əndaza ölçüləri (uzunluğu x eni x hündürlüyü), mm:                  1020 x 520 x 720

2.12. Kütləsi, kq:

– məftilsiz                                                                                 190

– məftil ilə                                                                                238

2.13. Etibarlılıq göstəriciləri

– Qurğunun xidmət müddəti -10 il nəzərdə tutulmuşdur;

–  Əsaslı təmirə qədər orta xidməti 5 ildir

  1. DƏSTLİLİK

3.1. Bucurqad (o cümlədən barabana dolanmış məftil, istiqamətləndirici,

tənzimləyici, rama, örtük və  qəza dəstəyilə birlikdə)                                               – 1 ədəd

3.2. Lubrikator yığımda                                                                                                      – 1 ədəd

3.3.  Elektrik avadanlığı, dəst                                                                                               – 1 dəst

3.4. İstismar təlimatı                                                                                                             – 1 ədəd

3.5. Pasport                                                                                                                           – 1 ədəd

3.6. Ərsin  yüklə birlikdə                                                                                                       – 1 dəst

3.7 Ehtiyyat hissələri:

–  Kipgəc üçün kipləşdirici                                                                                – 2 ədəd

– Əyləc üçün asbest lent                                                                                     –  1 ədəd

3.8. Pasport, nüsxə                                                                                                                – 1

3.9. Motor-reduktorun pasportu, nüsxə                                                                                  – 1

 

  1. QURULUŞU VƏ İŞ PRİNSİPİ

4.1. Bucurqada motor-reduktor, baraban, xır-xırllı mexanizm, istiqamətləndirici, tənzimləyici və əyləc  daxildir. Reduktor sonsuz vintli valı  üzəvində həddi dartı qüvvəsi mexanizmi  qoyulmuşdur.  Barabanın  qoruyucu çəpəri  və bucurqadın örtüyü  qatlanan ifadədə hazırlanır.Reduktor elektrik mühərrikinə flansla birləşdirilir ki,bu da mühərriklə bucurqadın vallarının eynioxluluğunu təmin edir.

Burucu moment barabana xır-xırllı mexanizm vasitəsi ilə ötürülür və ancaq məftilin sarınması istiqamətində (ərsinin qaldırması üçün). Həddi dartı qüvvəsinin qoruyucu mexanizmi  örtük içərisində yerləşdirilmiş itələyicidən və mikrodəyişdiricidən ibarətdir. Reduktorun vintində yaradılan oxboyu qüvvə öz həddi qiymətinə çatdıqda, yay dəstinin köməyilə  itələyicinin sıxılması nəticəsində mikrodəyişdiriciyə təsir yaranır. Qoruyucunun işə düşməsi üçün təsir qüvvəsinin qiyməti 70-100 kq diapazonunda ola bilər, buna görə  qoruyucunun örtüyündə kiçik ling və göstərici ilə birlikdə şkala yerləşdirilir.

Qəza zamanı ərsini qaldırmaq üçün əl intiqalının dəstəyi mövcuddur. Dəstək barabanın üz tərəfinə qaynaq olunmuş plankanın deşiklərilə birləşir. Ərsinin əl intiqalı ilə qaldırılması xır-xırllı mexanizmin aralanması (açılması) zamanı həyata keçirilir.

Tənzimləyici mexanizm biləvasitə kinematik baraban  ilə əlaqəlidir. Konstruktiv olaraq mexanizm boru şəklində hazırlanmış gövdədən, ucunda ulduzcuğu olan vintdən və sürüngəcdən ibarətdir. Vint iki gedişli yivə malikdir ( addım  32 mm) və düzücü mexanizmin əsas elementi sayılır. Vint fırlanma hərəkətini barabanın rebordasında yerləşmiş pazvarı mildən ulduzcuq vasitəsilə alır.

4.2. Lubrikator ərsinin aşağı-yuxarı hərəkətlərində quyunu hermetikləşdirmək və quyunun daxilindəki təzyiqi ölçmək üçün istifadə edilir.

Lubrikator  borudan,flansdan və üzərinə kipgəc quraşdırılmış yiv başlığından ibarətdir. Başlıqda məftilin kipləşdiricisi yerləşdirilib. Lubrikatorun aşağı hissəsində qısa boru – makara  yerləşdirilib. O, induksiya makarasından bufer siyirtməsinə keçidi təmin edir və manometr bağlamaq üçün yivli ucluqla təmin edilib. Lubrikatorla  makaranın flansları arasında uzun sancaqlar vasitəsi ilə induksion makara  yerləşdirilib.

4.3. Elektrik avadanlığına aşağıdakılar daxildir:

– İdarəetmə şkafı

– Elektrik mühərriki

– СПИ-01 tipli  siqnalizasiya cihazı

– Elektrik və idarəetmə kabel dəsti

– İdarəetmə şkafı

4.3.1. İdarəetmə şkafı

İdarəetmə şkafının qabaq tərəfində 5 ədəd işıq siqnalı “HAZIR “-HL2 (yaşil), qaldırmanın  işləməsi HL3 (yaşıl), sallamanın işləməsi- HL4 (yaşıl), “QALDIRMANIN SONU“ –HL6 (qırmızı), “YÜKLƏNMƏ“ -HL7 (qırmızı) quraşdırılmışdır.

İdarəetmə düymələri ərsinin yuxarı-SB3 və aşağı-SB4 istiqamətdə hərəkəti üçün, qaldırmanı dayandırmaq üçün “DAYAN“-SB2 və “SIFIRLAMA“ yerləşdirilmişdir. İdarəetmə şkafının daxilində elektrik sxemində göstərilən elementlərin qalanı yerləşdirilmişdir. Elektrik təchizatı və istehlak məqsədləri üçün nəzərdə tutulmuş naqillərin qoşulması üçün şkafın aşağı hissəsində klemma (sıxac) dəsti quraşdırılmışdır. Bütün bu elementlər montaj paneli üzərində quraşdırılmışdır.

4.3.2.  Elektrik mühərriki

Elektrik mühərriki reduktorun və qaldırıcı mexanizmin köməyilə ərsini yüklə birlirdə qaldırmağa xidmət edir.

4.3.3.  СПИ-01(L) tipli induksiyalı mövqe vericisi

Lubrikator üzərində flans birləşməsi vasitəsi ilə quraşdırılır. Ərsinlə quraşdırılan yükü məhdudlaşmağa xidmət edir. Bucurqadın dayandırılması, ərsinin induksiya makarasından keçirdiyi an siqnalın idarəetmə şkafına verilməsi yolu ilə baş verir. Verıci qeyri-maqnit metal boru üzərindəki oymaq üstündə yerləşmiş makaradan (partlayış davamlı gövdəyə yeləşdirilmiş) və makaranı idarəetmə şkafına birləşdirən işəsalma qurğusundan ibarətdir. Vericinin partlayışa davamlılığı ГОСТ 22782.6-81 üzrə təmin edilir

4.3.4. Kabel dəsti

Kabel dəsti elektrik avadanlığını 380 v, 50 Hs gərginliklə və induksiya makarasını 24-28 V gərginliklə işləməsini təmin etmək üçündür.

 

 

4.4. Elektrik avadanlığının işləmə prinsipi  (bax elektrik sxeminə)

İdarəetmə dövrəsinə gərginlik vermək üçün SA1 dəyişdirici açarı ”YUXARI“   vəziyyətinə gətirmək lazımdır. Bu halda  “SB1“ açiq vəziyyətdə, “SA2“ qapalı və R, S, T fazalar ardıcıllığı düzdürsə “HAZIR“  lampası işıq saçacaqlar. Ərsini qaldırma mühərrikin işə salması yuxarı ox işarəsi yanındakı “ON “ düyməsini basmaqla baş verir. Ərsin yuxarı vəziyyətə çatdıqda, yəni induksiya makarasının sahəsinə daxil olduqda, elektrik mühərrikinin dolaqlarının gərginlikdən avtomatik olaraq qırılması baş verir və ön paneldə  ” QALDIRMANIN SONU“ lampası yaşıl işıq saçır. Bu zaman idarəedici dövrədə gərginlik qaldığı halda, işəsalıcılar bağlı vəziyyətdə qalırlar.Təkrar işəsalmanı belə rejimdə həyata keçirmək mümkün deyil. Qaldırma zamanı ərsinin quyuda tutulması baş verə bilər. Bu halda  “FAZA CƏRƏYAN“-ını ölçən cihazda (Ampermetr) cərəyanın ani qiyməti verilmiş əmsaldan artıq olur, çıxış siqnalı  elektrik mühərrikinin dövrədən açılması təmin edir ( təkrar qoşulmalara yol  verilmədən). Belə halda   ” YÜKLƏNMƏ  “ lampası işıq saçır. Sonrakı işəsalma ” SIFIRLAMA  “ düyməsi basılıb buraxdıqdan və ya idarəetmə şkafının tamamilə gərginlikdən azad edilməsi (“QF” açarı ilə) baş verdikdən sonra mümkündür. REVERS yəni  ” aşağı sallama“ rejiminə keçid,  aşağı ox işarəsi yanındakı “ON “ düyməsinin sıxılı vəziyyətdə saxlanması ilə baş verir . REVERS iş rejimi qəza hallarında məftilin gərilməsini azaltmaq üçün istifadə edilir.

Qurğunun  işi zamanı istənilən an ” SIFIRLAMA  “ düyməsinin basılması elektrik intiqalının fırlanma istiqamətindən asılı olmayaraq (düzünə və ya revers) onun dayanmasını təmin edir.

4.5.  Qurğunun iş prosesi

Başlanğıc vəziyyətdə qurğu vəziyyət siqnalizatoru tərəfindən söndürülüb və ərsin lubrikatorda yuxarı vəziyyətindədir. Ərsin verilmiş  dərinliyə endirilməsi üçün operatorun ” SIFIRLAMA  “ düyməsini basması zəruridir. sonra xır-xırllı mexanizmi ayirmalı və qurucu mexanizmin barabanının pazvari milini ilişmədən  azad etməlidir.Bycurqadın intiqalını vəziyyət siqnalizatoru vasitəsi ilə saxlayan təcridetmə sisteminin sazlığını yoxlamaq, bunun üçün   aşağı ox işarəsi yanındakı “ON “ düyməsini basmaq və barabanı əl ilə fırladaraq ərsinin lubrikatorda hərəkət etməsinə nail olmaq lazımdır. Bu zaman intiqal dayanmalı və ” QALDIRMANIN SONU  “indikasiya lampası küzərməlidir. Endirmə zamanı ərsinin hərəkətini yüngülləşdirmək üçün məftilin kipgəcdə sıxılmasını operator əl ilə , əl əyləcinin köməyi ilə yerinə yetirilir.  Ərsin tıxaca çatdıqda parafinin dağılması prosesi ərsinin aşağı-yuxarı hərəkət etditilməsi nəticəsində baş verir. Ərsinin endirilməsi bildikdən sonra, operator xır-xırllı mexanizmi ilişməyə daxil edir,eləcə də pazvari mil bucurqadı qaldırma rejimində işə qoşur. Qoruyucu mexanizmin işlənməsini yoxlamaq  məqsədi ilə barabanın səlis tormozlanmasını əl əyləci vasitəsi ilə (10-15 kq qüvvəsi ilə)yerinə yetirir. Bucurqad dayanmalıdır, pultda isə ” YÜKLƏNMƏ  “ indikasiya lampası közərməlidir.Sonra ərsinin qaldırılması əməliyyatı yerinə yetirilir. Ərsin yuxarı vəziyyətdə çatdıqdan sonra . bucurqadın dayandırılması prosesi yerinə yetirilir.

 

  1. QURĞUNUN QURAŞDIRILMASI VƏ İŞƏ HAZIRLANMASI

5.1. Bucurqadın reduktorunda yağın olmasını yoxlamaq.

5.2. Quyudan 25 m məsafədə , 0,9 m hündürlükdə metal özülün üstündə bucurqadı quraşdırmaq.

5.3. Lubrikatoru quraşdırmaq.

5.4. Dayaq üzərində idarəetmə şkafını quraşdırmaq, işə salmaq və torpaqlamaq.

         QEYD:  QORUYUCU TORPAQLAMA OLMADAN İDARƏETMƏ ŞKAFINI İŞƏ                                            SALMAQ QADAĞANDIR. 

5.5. Dolaba xarici elementlərin qoşulması.

KL1 klemnikinə qoşulur:

– 1, 2 və 3 sıxaclarına uyğun olaraq R, S və T;

– 4 sıxacına neytral N;

– 5, 6 və 7 sıxaclarına elektrik mühərrik;

– 8 və 9 sıxaclarına induksiyalı verici (CПИ-1);

– 9, 10 və 11 sıxaclarına LM18 induksiyalı verici.

Torpaqlanma naqili dolabın daxilində lövhədə olan bolta (PE) qayka vasitəsilə bağlanır.

5.6. Bucurqadın çərçivəsini və elektrik mühərrikini torpaqlamaq

5.7. Elektrik mühərrikinin işçi çəpərinin üzən qoruyucu (2 amp) müvafiq olmasını yoxlamaq.

5.8. Şkafa induksion sarğını qoşmaq. Partlanmadan qorunmaq məqsədi ilə rezin element vasitəsi ilə sarğının işəsalmasına daxil edilən təchizat kabeli hermetikləşdirilir. Açılan hissələr özülün gövdəsinə sıx yapışmalıdır. Qapağın partlanmasından qorunan səthi  və işəsalma daxil edilən hissənin gövdəsində, cızıq, çatşəzik və başqa deffektlər olmamalıdır. Lazım gəldikdə üstündə antikorroziya sürtkü yağını təzələmək lazımdır. Bərkidilən hissələr bərabər sıxılmalıdır.

5.9. Qoruyucu torpaqlamanın kontur xaricində induksiya sarğısını ayrıca torpaqlamaq.

5.10.  Barabanın örtüyünün dəliyinə ərsinin məftilini yeritmək və çıxışda bağlamaq.

5.11.  Bucurqadın barabanına ərsinin məftilini düzən mexanizm vasitəsi ilə lazım olan uzunluqda və sapın sayı qədər yığmalı. Məftilin keyfiyyəti və diametri texniki göstəricisinə müvafiq seçılır. Sarğı barabanın aşağı tərəfindən yığılır.

5.12.  Məftil diyircəklər vasitəsi ilə kipgəcdən keçirilir. Ərsini birləşməsi ilə bərkitmək, ərsin lubrikatorla quraşdırılır. Kipgəc bərkidilir.

5.13. Quraşdırmadan sonra qurğunun iş qabiliyyətini yoxlamaq.

  1. Quyuda ərsinin məftilini dartmaqdan qabaq

5.13.1. Xır-xırllı çarxın dilcəyini qatlayıb, valı barabandan ayirmaq.

5.13.2.  Bucurqadın ”SIFIRLAMA“ düyməsindən açılmasını yoxlamaq , və bunun üçün lazımdır:

–  ”ON “ düyməsini basmaq, – bucurqad işə düşməlidir.

–  Bucurqadı işə salandan sonra ”SIFIRLAMA“ düyməsinin basmaq, – bucurqad sönməlidir.

5.13.3.  Elektrik fazalarının mühərrikinə  düzgün birləşməsini yoxlamaq. Faza ilə düzgün birləşdirib,əgər  ”ON”  düyməsinə basanda xır-xırllı çarxın fırlanması saat əqrəbi istiqamətində firlansın.

5.13.4. Xır-xırllı mexanizmin işləməsini yoxlamaq, və bunun üçün lazımdır:

– Xır-xırllı mexanizminin dilcəyini işçi vəziyyətdə qoyulur;

– Bucurqad “yuxarı qaldırmaq” vəziyyətində  işə salınır, – baraban səlis, təkansız fırlanmalıdır.

  1. Ərsin yığımdan sonra

5.13.5. Xır-xırllı mexanizminin dilcəyini neytral vəziyyətə qatlayıb, mərkəzi siyirtməni açaraq, ərsini yük ilə induksion sarğıdan aşağı buraxmaq. Bucurqadı qaldırmaya işə salmaq. Əl ilə barabanı fırladaraq ərsini yük ilə induksion sarğıya daxil etmək. Bu anda motor söndürülməlidir. Əməliyyat bir neçə dəfə təkrar edilir.

5.13.6. Ərsin məftilinin dartma həddini qoruyan qurğu ilə bucurqadın dayandırılmasını yoxlamaq. Ərsini məftillə 100 m dərinliyə buraxmaq. Bucurqadı ərsini qaldırmaq  üçün işə salmaq. Əyləcin 1 m –yə qədər uzadılmış linginə 15 kq güc qoymaq,barabanın tormozlanmasını təyin etmək. Bununla barabana təzyiq edilən cəm qüvvə  məftildəki dartma güvvəsini 100  kq səviyyəsinə çatdırır. Bucurqad dayanmalıdır.

5.13.7. Verilmiş dərinlikə ərsini salmaqla quröunun əyləcini yoxlamaq. Əl əyləci ərsinin yük ilə saxlanmasını təmin etməlidir.

 

  1. TEXNİKİ XİDMƏT

6.1 Texniki xidmətə  qurğunun düzgün istismar olunması, mütəmadi texniki baxış və nasazlığın aradan qaldırılması daxildir.

6.2. Quyuda hər deparafnuzasiya əməliyyatının keçirmə anında qurğunun əsas qovşaqlarının saz vəziyyətdə olmasına baxmaq lazımdır: əl əyləci, məftili döşüyən mexanizmi, xır-xırllı mexanizm, işıq indikasiya göstəriciləri. İşə başlamazdan əvvəl məftilin roliklərdə düzgün düzülməsini, roliklərin sazlığını yoxlamaq lazımdır. Quyuağzı avadanlıqların hermetikliyini, elektrik məftillərinin saz vəziyyətdə olmasını, torpaqlama məftillərinin və kontaktlarının tamlığına əmin olmaq lazımdır.

Nasazlıq müşahidə etdikdə aradan qaldırmaq lazımdır.

6.3. Ərsinin lubrikatora daxil olarkən bucurqadı dayandıran və məftilin dartma qüvvəsinə nəzarət edən sistemləri 4.5. bəndin tələblərinə uyğun hər parafin təmizləmə əməliyyatı aparılanda yoxlanmalıdır.

6.4.    6 ayda bir dəfədən az olmayaraq lazımdır:

6.4.1.  Qaldırma, endirmə siklərinə tam nəzarət etmək, qüsurları aşkarlamaq və düzəldib aradan qaldırmaq. Oxun üstündə barabanın, roliklərin sərbəst fırlanmasını  yoxlamaq.

6.4.2. Roliklərin və lubrikatorun kipgəcinin yağla doldurmaq.

6.4.3.  Reduktorda yağın səviyyəsini və yaöın axmamasını yoxlamaq, lazım gəldikdə doldurmaq. Nəfəslikdə drenaj dəlikinin vəziyyətini yoxlamaq. Drenaj dəlikləri havanın sərbəst keçidini təmin etməlidir. İş zamanı reduktorun səsinin müntəzəm olmasını yoxlamaq. Reduktorda səsin bərk olanda , yaxud taqqıltı eşidiləndə, habelə yağın tempraturu 950C-dən yuxarı olduqda , qusurlarını aradan qaldırmaq üçün reduktorun işini saxlamaq lazımdır.

6.4.4.  Ərsin məftilinin vəziyyətini ərsinin endirmə dərinliyinə müvafiq yoxlamaq. Ərsin məftilinin təmizliyi  ilə kipgəcin hermetikliyini müvafiq qiymətləndirmək. Ərsinin məftilə birləşməsini yoxlamaq.

6.4.5.  Lubrikatorun vəziyyətini yoxlamaq, flans birləşmələrinin boltlarını sıxmaq.

6.4.6.  Lazım olduqda əyləcin bəndlərini dəyişdirmək.

6.4.7. Elektrik avadanlığına, qurğunun torpaqlama sisteminə vizual müşahidə etmək, habelə qidalandırma kabellərinə də  təftiş keçirmək.

6.5. İldə bir dəfədən az olmayaraq:

6.5.1.  Qurğunun torpaqlama zəncirinin elektrik müqavimətini təyin etmək.

6.5.2. Roliklərin sazlığını yoxlamaq:

– oxun üzərində sərbəst fırlanmasını;

– roliklərin qanovcuqlarının yeyilməsi 2mm  çox olmamalıdır;

Nasazlıqları aradan qaldırmaq, lazım gəldikdə rolikləri və yastıqları dəyişdirmək.

-kipgəc başlığına keçid dəliklərini tıxacla bağlamaq və 21 MPa –ya hesablanmış yivli tıxacla lubrikatorun manometr üçün dırsəyi bağlamaq

– bufer siyirtməsini açmaq və 14 MPa təzyiqlə 10 dəqiqə müddətində yoxlamaq

6.6. Mexanizmlərin yağlama ardıcıllığı:

6.6.1. Reduktoru yağlamaq üçün bütün mövsümlərdə TAD-17 yaxud  TCП-10  ГОСТ23652-79

transmission yağlar istifadə olunur. Yağın doldurma miqdarı – 0,75 litrə.

6.6.2. Reduktor 150 saat işlədikdən sonra onun yağı birinci dəfə dəyişir, sonrası – hər 1000 saatdan bir.

6.6.3. Qurğunun tənzimləyici mexanizmin sürtülən sahələri ЦИАТИМ-201 ГОСТ 6267-74 yağı ilə yağlanmalıdır.

 

  1. MÜMKÜN NASAZLIQLAR VƏ ONLARIN ARADAN QALDIRILMASI ÜSULLARI

7.1. Məftilin barabana yığılması pozulur.

Düzücü mexanizm nasaz işləyir. Mümkün səbəblər: ikigedişli vint tutulmuşdur, sürüngəcin  və ikigedişli vintin işləyən səthinin yağlanmamaları səbəbindən yeyilməsi; düzücünün, ulduzcuğun valının fiksatorunun tənzimlənməsi, vintlərinin nizamının pozulması. Düzücü mexanizmin sürtünməyə işləyən və yivli hissələrini təmizləməli və yağlamalı. Sürüngəcin dişinin ikigedişli vintlə normal ilişməsini tənzimləməli, eləcə də ulduzcuğun valının fiksatorunun lazımi sıxmanı nizamlamalı.Pazları milin düzücünün ulduzcuğu ilə ilişməsinin etibarlığını yoxlamalı.Yeyilmiş hissələri yenisi ilə dəyişməli.

7.2. Ərsin lubrikatora daxil olarkən bucurqad induksiya makarasından söndürülmir.

Açılma həddi dartı mexanizminin qoruyucusu tərəfindən yerinə yetirilir.Bu zaman idarəetmə şkafında

YÜKLƏNMƏ   indikator lampası közərir.Verilmiş halda induksiya makarasında nasazlıq var.Bu nasazlıq aradan qaldırmaq üçün bu əməliyyatlar yerinə yetirilməlidir:

7.2.1. Dartilmış ərsini azad etməli, bunun üçün:

– işçiləri məftil keçən zonadan uzaqlaşdırmaq;

 ”ON“ yuxarı düyməsini basmaq (təcridetməni ləğv etmək);

 ”ON“ aşağı düyməsini basmaq, basılı vıziyyətdə qısa müddətdə saxlamaqla məftilin dartılmasını zəiflətmək.

7.2.2. Makaranın nasazlığının səbəbini müəyyən etmək, bunun üçün birləşdirici naqillərin vəziyyətini

və izolyasını yoxlamaq, klemmalar olan qutunun hermetikliyini yoxlamaq, naqil birləşmələrinin etibarlılığına amin olmaq, qapağın vintlərinin tarımlığını yoxlamaq. Makaranın sarğısı faza xəttinin və torpaqlama naqillərində  qırılma olduqda zədələnə bilər. Nasazlıq aradan qaldırılmalı və yaxud makaranı dəyişdirilməli.

7.3. Endirilmə zamanı fontan armaturunda və ya borularda ərsinin hərəkəti dayanır.

Lubrikatorun kipkəci həddindən artıq sıxılıb və yaxud ərsin parafin çöküntüsündə ilişib. Əgər quyu təmirdən çıxıbsa, onda lift borularında parafinvə ya məftil qalmışdır. Mürəkkəbləşmə kipkəcin sıxılması tənzimləməklə aradan qaldırılır, yük çəkisi lazımi səviyyədə seçilir. Ərsinin parafində ləngiməsi baş verərsə, parafin tıxacını ərsinin bir neçə dəfə aşağı–yuxarı hərəkəti ilə təmizləmək lazımdır.

 

 

  1. TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ

8.1. Qurğunun istismarı, texniki xidməti, quraşdırılması qüvvədə olan “Правила технической эксплуатации электроустановок потребителей”,    «Межотресловые правила по охране труда при эксплуатации  электроустановок» ПОТ РМ-016-2001, «ПУЭ» və  « Правила безопасности в нефтяной и газовой промышленности»-yə uyğun olaraq yerinə yetirilməlidir.

8.2. Qurğuların sazlanması,sökülməsi və düyünlərinin təmizlənməsi işləri ixtisaslı işçilər tərəfindən yerinə yetirilməlidir.

8.3. Qurğunun elektrik avadanlığının işə buraxılması və istismarı, işləməsinə nəzarət edilməsi, sazlanması işlərini xüsusi öyrədilmiş,elektrik avadanlığı ilə işləmək üzrə təhlükəsizlik texnikası qaydalarından bilikləri yoxlanmış,təhlükəsizlik texnikası üzrə ixtisas qrupu III-dən aşağı olmayan personal tərəfindən yerinə yetirilməlidir.

8.4. Təmir, elektrik avadanlığına və bucurqadın mexanixmlərinə və qurğunun digər hərəkət edən hissələrinə baxış keçirərkən elektrik gərginliyi alınmalıdır.

8.5. İldə bir dəfədən az olmamaq şərti ilə elektrik dövrələrinin və torpaqlamanın müqaviməti yoxlanmalıdır

8.6. Qurğunun quraşdırılması, saxlanması, buraxılması, istismarı və qəza baş verən zaman əl intiqalını idarə etmək üçün ən azı 2 nəfər işçi olmalıdır.

8.7. Ərsinin endirib-qaldırması üzrə bütün işlər bucurqadın örtüyünün bağlı vəziyyətdə yerinə tetirməlidir.

8.8. Qurğunun nasaz təcridetmə (blokirovka) və nəzarət vasitəsi ilə istismarı yolverilməzdir.Tədricetmə sisteminin yoxlanması 4.7 və 6.3 bəndləri üzrə yerinə yetirilir

8.9. Reduktorun quraşdırılması və istismarı  ГОСТ50891-96 , ГОСТ 12.2.003-91, ГОСТ12.3.009-76 tələblərinə uyğun olmalıdır.

8.10. Qurğunun istismarı təhlükəsizlik texnikası tələblərinə cavab verməlidir.  Məftilin baraban üzərində və quyuda burulması yolverilməzdir. Yerli təlimatlara qəza hallarında təhlükəsizlik tədbirləri daxil edilməlidir,o cümələdən:

– quyuağzı avadanlığın hermetikliyi pozulduqda;

– tutulmuş ərsinin aşağı-yuxarı hərəkət etdiriləndə.

8.11. Qrup halında istismar edilən quyular zonasında ərsin məftilinin təkər altında qalmaması üçün xüsusi siqnal vasitələri tədbiq edilməlidir.

 

  1. NƏQL EDİLMƏ QAYDALARI

 

9.1. Qurğu istənilən nəqliyyat növü ilə, bu növlər üçün qəbul edilmiş qayda və tələblərə riayət etmək şərtilə, daşına bilər.

9.2. Nəql etməkdən əvvəl qurğunun tam dəstli olması və tərkib hissələrin öz yerlərində möhkəm bərkidilməsi yoxlanmalıdır.

 

 

 

 

  1. SAXLAMA VƏ KONSERVASİYA QAYDALARI

 

10.1. Qurğunun lazımi qaydada saxlanması onun istismar xərclərinin ixtisarına, işə yararlı halının yzyn müddət qorunmasına imkan yaradır.

10.2. Qurğunu uzun müddət saxlamaq lazım olduqda aşağıdakı qaydada işlər yerinə yetirilməlidir:

1) qurğunu çirkdən və tozdan təmizləmək, rəng-boya örtüyü pozulmuş yerləri köhnə boyadan təmiz metaladək təmizləyərək qenidən boyamaq;

2) qurğunun açıq sahələrini konservasiya etmək. Bunun üçün həmin sahələri ГОСТ 4366 üzrə “C” markalı solidol ilə yağlayaraq ГОСТ 9569 üzrə ВП-5-35 tipli parafinli vəya yağlı kağıza bükmək və möhkəm iplə sarımaq. Konservasiya tarixini qurğunun pasportunda qeyd etmək.

3) qurğunu saxlanma yerində taxta araqatlar üzərinə qoymaq.

10.3. Saxlanmaya qoyulan qurğuya ayda bir dəfədən az olmayaraq nəzarət etmək lazımdır. Korroziyaya məruz qalmış sahələr təmizlənib yenidən boyanmalıdır.

10.4. Qurğunun yenidən konservasiya edilmədən saxlanma müddəti 2 il təşkil edir.

 

 

 

  1. QƏBUL HAQQINDA  ŞƏHADƏTNAMƏ

 

ПАДУС tipli yarımavtomatik parafin təmizləyən qurğu, zavod sayı ____, istehsal edən müəssisədə  texniki şərtlərin tələblərinə müvafiq qəbul-təhvil sanaqlarını keçmiş və TNŞ tərəfindən qəbul edilmişdir. Qurğu istismara yararlıdır.

 

İstehsal edilən tarix                               «          » ________  201   -ci il

 

Müəssisənin məsul  nümayəndəsi                         ______________________

imza

my

 

 

 

 

 

 

 

  1. KONSERVASİYA HAQQINDA MƏLUMAT

 

ПАДУС tipli yarımavtomatik parafin təmizləyən qurğu ГОСТ 9.014-78 üzrə

II-2 qrup məmulatlara aid tələblərə müvafiq olaraq konservasiya edilmişdir.

Yenidən konservasiya edilmədən saxlanılma müddəti – 2 il.

 

Konservasiya edilən tarix                «        » _______  201    -cı il

 

Koservasiya edən məsul şəxs                ______________________

имза

my

 

 

 

 

 

  1. РЕКЛАМАСИЙА АКТЫНЫН ТЯРТИБИ

 

12.1. Qurğunun hissə və qovşaqları istehsalçının günahı üzündən vaxtından əvvəl sıradan çıxdıqda reklamasiya aktı tərtib edilməlidir.

12.2. Reklamasiya  aktı  istehlakçı tərəfindən istehsalçının iştrakı ilə tərtib edilir. İstehsalçının nümayəndəsi aktın hazırlanması haqqında  çağırış məlumatı aldığı tarixdən 10 gün müddətində istismar müəssisinə gəlmədikdə reklamasiya aktının marağı olmayan kənar təşkilatın nümayəndəsi ilə  tərtib edilməsinə yol verilir.

12.3. Aşkar edilmiş nasazlıqlar istismar qaydalarının istismarçı tərəfindən pozulması səbəbindən əmələ gəldikdə reklamasiya aktın tələbləri ödənilmir.

12.4. Reklamasiya aktı iki nüsxədə hazırlanır – biri istehsalçı üçün, biri isə istismarçı üçün.

Back To Top