skip to Main Content

Möhür dəsti MD-106

GİRİŞ

Hazırki  pasport quyu əməliyyatı aparan heyəti möhür dəstinin quruluşu və  istismar qaydaları ilə tanış etmək, onun düzgün və təhlükəsiz istismarını təmin etmək üçün nəzərdə tutulmuşdur.

  1. TƏYİNATI

1.1. Möhür dəsti quyuda qalan qırılmış hissənin izini çıxarmaq üçün istifadə olunur.

1.2.  Möhürün   tədbiq  sahəsi ГОСТ 16350-80  üzrə mülayim və soyuq  (rayon I2)  makroiqlimli ərazılərdə yerləşən  neft və qaz yataqlarıdır.

1.3. Məmulatın yerləşdirilmə kateqoriyası ГОСТ 15150-69 üzrə «Ж–1»-dir.

2.ƏSAS  PARAMETRLƏR  VƏ ÖLÇÜLƏR

2.1. Möhür:

– diametri,mm                                    – 106

– uzunluğu, mm                                  – 360

– kütləsi, kq                                        – 13

2.2. Yük:

– diametri, mm                                   – 98

– uzunluğu, mm                                 – 1270

– kütləsi, kq                                       – 50

– miqdarı, ədəd                                  – 4

2.3. Sanqa:

– tutan diametri,mm                           – 30

2.3. Əndaza ölçüləri, mm:

–  uzunluğu                                            – 5500

–  diametri                                             – 106

2.4. Ümumi kütlə, kq                                          – 240

3.DƏSTLİLİK

 3.1. Möhürün  tədarük dəstinə aşağıdakılar daxil olmalıdır:

– möhür, yığılmış halda, ədəd                              – 1

– yük yığılmış halda, ədəd                                     – 4

– sanga yığılmış halda, ədəd                                 -2

– pasport, nüsxə                                                 – 1

  1. QURULUŞU VƏ İŞ PRİNSİPİ

4.1. Möhür dəsti, möhürün özünü, yükü və sanqa birləşməsini özümdə cəmləşdirir.

Möhür aşağı oturacağına rezin stəkan geydirilmiş silindrik polad gövdədən ibarətdir. Rezin stəkanın səthi boyu alüminium vərəq çəkilmişdir ki, onun da yuxarı hissəsi gövdəyə oymaq və qayka vasitəsilə sıxılmışdır.

Oymağın gövdəyə nisbətən fırlanması baş verməməsi üçün (bu zaman o alüminium vərəgi cıra bilər) gövdədə işgil yerləşdirilmişdir ki, bu da oymağa ancaq aşağı-yuxarı hərəkət etməyə imkan verir. Gövdənin yuxarı sonluğunda sanqa birləşməsinin ştoklu durdurucu dabanı bağlanır.

Yük dörd ayrıca yükdən ibarətdir və bunlar bir-birlərindən ancaq birləşmə elementləri ilə fərqlənirlər. Çəkisi 50 kq olan hər bir yük bir-birinə qaynaq edilmiş diametri 40 mmn olan 4 ədəd dairəvi en kəsikli polad mildən ibarətdir.

Hər yükün sonluqlarında yivlər açılmışdır ki, bunlara da birləşmə elementləri – sanqa, kürəli başlıq, kürəli yuva və məftil (ya kanat) bağlanmaq üçün qulaqçıq – bağlanaraq qaynaqlanmışdır.

Sanqa iki icrada yerinə yetirilmlşdir – qısa və uzadılmış.

4.2. * İş prinsipi: qısa sanqalı möhür yüklərlə ardıcıl olaraq bağlanaraq qabaqcadan söndürülmüş quyuya bucurqad vasitəsilə buraxılır. Qəza baş verən dərinliyə 100 m qalmış bucurqadın əyləci boşaldılaraq möhürün və yükün hərəkəti sərbəstləşdirilir və bu zaman düşmə sürəti kəskin artaraq qəzalı əşyaya dinamik zərbə endirir. Sonra isə möhür yüklə birgə yer üzərinə qaldırılır və zərbədən alınmış qabartma öyrənilir.

Uzun sanqa ilə iş zamanı isə yuxarıda göstərilənlər təkrar edilir bir fərqlə – ilk olaraq möhür qəzalı əşyayaya toxundurulur, sonra isə yüklə möhürə zərbə endirilir.

  • QEYD: Nəzərə alsaq ki, təqdim olunan texnologiya yeni tətbiq edilir, işlərin digər üsulları da mümkün ola bilər və bu da  məhsulun qəbul sınaqlarının aparılması zamanı dəqiqləşdiriləcəkdir.
  1. TƏHLUKƏSİZLİK TƏLƏBLƏRİ

5.1. Möhürün  hazırlanması  zamanı təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi   üzrə   yerli   nəzarət   orqanlarının   qüvvədə   olan   qaydalarına  əməl olunmalıdır.

5.2.  Möhürün istismarı zamanı aşağıda göstərilən sənədlərdə nəzərdə tutulan təhlükəsizlik və ətraf mühitin muhavizəsi qaydalarına riayət olunmalıdır:

–  Azərbaycan Respublikası Dövlətdağtexnəzarət Komitəsi və ARDNŞ tərəfindən təsdiq edilmiş «Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları», Bakı, 2005.

– ПБ 08-624-03 «Правила безопасности в нефтяной и газовой промышленности»,  утвержденные Постановлением Госгортехнадзора России №-56 от  05.06.03 г.

5.3. Quyuağzı avadanlıq hissələrinin birləşmələrindən quyu məhsulunun axıntısına yol verilmir.

5.4. Tros qurğusu işləyərkən trosun altından və üstündən keçmək olmaz.

  1. MƏMULATIN İŞƏ HAZIRLANMASI VƏİSTİSMARI HAQQINDA GÖSTƏRİŞLƏR

6.1. Möhür dəstin işə hazırlanması:

– möhürün alüminiumlu örtüyünü yoxlamaq – üstündə ciriqlar olmasın;

– quyunu etibarlı hidrostatik təzyiqlə qapayandan sonra yuxarı yükün qulaqcıqına (və ya sıxıcıya) bucurqadın məftilini (kanatını) bağlamaq və ardınca başqa yükləri və möhürü birləşdirmək;

6.2. İş başa çatandan sonra bucurqadın köməyi ilə möhür dəstini qaldırıb quyudan çıxartmaq və möhürün alyuminiumlı örtüyündə qalmış izi tədqiq etmək.

  1. TEXNİKİ XİDMƏT

7.1. Möhür dəstinin istismarı zamanı aşağıdakılara diqqət etmək lazımdır:

– yüklərin qaynaq tikişlərinin vəziyyətinə (bu tikişlərdə çatlar tapılsa onlar təmizdənib qaynaq olunmalıdır);

– möhürün yiv bağlantılarının kipliyinə (lazım gəlsə onları çəkib bağlamaq);

– rezin balonunun və sıxıcı oymağın bolt və vintlərlə təsbit edilməsi.

  1. İSTEHSALÇININ ZƏMANƏTİ

8.1.İstehsalçı möhür dəstinin müvafiq texniki  şərtlərin  tələblərinə uyğun hazırlanmasına  zəmanət  verir.

8.2.   İstehsalçı, istismarçı  tərəfindən möhür dəstinin saxlanma, daşınma və istismar şərtlərinə əməl olunarsa, onun  texniki şərtlərin tələblərinə uyğun olmasına zəmanət verir.

8.3.İstismar zəmanəti:

– möhür dəstinin istismara daxil olduğu gündən 6 ay;

– möhür dəstinin  satışa göndərildiyi gündən 18 ay müddətinə təyin olunur.

  1. QƏBUL HAQQINDA ŞƏHADƏTNAMƏ

Möhür dəsti    MD-106      zavod sayı __________

MD.000 TŞ  texniki şərtlərinə uyğundur və istismara yararlıdır.

İstehsal tarixi_________________________________

Məmulatın qəbulu üçün məsul şəxs və onun imzası ____________________________________________

  1. KONSERVASIYA HAQQINDA ŞƏHADƏTNAMƏ

Möhür dəsti    MD-106      zavod sayı ___________

MD.000 TŞ  texniki şərtlərinə uyqun olaraq istehsalçı müəssisə tərəfindən konservasiya edilmişdir.

Konservasiya olunma tarixi _____________________

Konservantın adı və markası_____________________

Konservasiya edənin imzası _____________________

Back To Top