skip to Main Content

Hidrovakumlu Jelonka FHJ-89

PASPORT  1J.000PS

Jelonka  çeviricini 1, yuxarı lüləni 2, qaykanı 3, yayı 4, dayağı 5, qapayıcını 6, aşağı lüləni 7, tıxacı 8, köynəyi 9 və ucluğu 10 özündə cəmləşdirir. Qayka yuxarı lülədə polad vinti 12 ilə təsbit edilmişdir. Jelonkanın hərəkətli elementləri rezin həlqələri 13, 14, 15 ilə kipləşdirilir. Dayaq isə yuxarı lülədə altı ədəd latun vintləri 11 vasitəsilə təsbit edilir.

Jelonka nasos-kompressor boruları vasitəsilə qum tıxacına söykənənə kimi quyuya buraxılır. Sonra jelonkaya yük verilir və bu yük altında dayaqdakı latun vintlər kəsilir və kəmər yayı sıxaraq hərəkətini davam edir. Bu zaman aşağı lülənin yan səthindəki dəliklər köynəyin içinə daxil olur və köynəkdəki dəliklər və ucluq quyunun daxili fəzası ilə təmasa keçirlər. Yaranan hidrostatik təzyiqlər fərqi (jelonkanın daxilindəki və xaricindəki təzyiqlər fərzi) qumlu məhlulu jelonkanin içinə basır. Jelonkanin üzərindən yük götürüldükdə yay açılır və aşaöı lülə öz ilk vəziyyətinə qayıdır və quyunun daxili fəzası ilə əlaqə kəsilir. Bu jelonkanın yüklənməsi və yükdən azad edilməsi bir neçə dəfə, ta ki, borular dolana qədər aparılır. Sonra jelonka quyudan çıxarılır və borular qumdan təmizlənir.

ƏSAS  PARAMETRLAR

  • Yükgötürmə qabiliyyəti, t  – 12
  • Biorləşdirici yiv  – NKB 73 ГОСТ 633-80
  • Xarici diametri, mm  – 89
  • Uzynluğu, mm  – 1355
  • Kütləsi, kq  – 29,5

İSTEHSALÇININ ZƏMANƏTİ

İstehsalçı  nəqletmə , istismar və saxlama qaydalarına riayət olunduğu halda  jelonkanın texniki sənədlərinin tələblərinə uyğunluğuna zəmanət verir. Zəmanət verilən istismar müddəti – jelonkanın istismara verildiyi gündən 12 ay , amma 24 aydan artıq olmayaraq .

Back To Top