skip to Main Content

“AZİNMAŞ” TASC

Azərbaycan elmi-tədqiqat və layihə-konstruktorneft maşınqayırma institutu (AZİNMAŞ)  Respublikamızda ən qocaman müəssisələrindən biridir – institut 80 ildən çoxdur ki fəaliyyət göstərir. Sovetlər dövründə AZİNMAŞ neftmədın avadanlığın əsas layihəçisi idi və göstərilən avadanlığının 70%-dən çox hissəsi institutun layihələri əsasında hazırlanırdı. AZİNMAŞ-ın layihələri əsasında SSRİ-nin 50-yə yaxın zavodunda çoxlu sayda neft-mədən avadanlığı istehsal olunub və bu gün də MDB ölkələrində istehsal olunur. İnstitutun fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:

  • quyuların fontan və atqıya qarşı avadanlıqlarının yaradılması;
  • quyuların qazılması, mənimsənilməsi və təmiri üçün yerüstü avadanlıqlarının yaradılması;
  • quyuların qazılması və təmiri üçün quyudaxili avadanlığın və alətlərin yaradılması;
  • quyuların sementlənməsi, neft hasilatının intensivləşdirilməsi, tros avadanlığı, kompressor və dərinlik nasos  avadanlıqlarının yaradılması.

AZİNMAŞ-da attestasiyadan keçmiş və sertifikatlaşdırılmış sınaq stendləri fəaliyət göstərir ki, bu stendlərdə həmçinin başqa idarələrin tapşırıqları ilə sınaqlar aparılır – xüsusilə texnogen qəzalardan sonra ekspert rəyi verilir.

Back To Top